2 Aprel 2015 13:07
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycanın bəzi ərazilərinə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com bildiriblər ki, aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Bəzi yerlərdə duman, çiskin olacaq, hava gün ərzində əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Səhər şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir küləyin sürəti güclənəcək, axşam nisbətən mülayimləşəcək.

Havanın hərarəti gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olma ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-9 dərəcə isti olacaq.


Müəllif: