7 Aprel 2015 13:25
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanin 2 QHT-i “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasına qoşulub.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatından Teleqraf.com-a verilən məlumata görə, Serbiyanın "Cənuba baxış" və "IRIG mənim şəhərim" Gənclər Assosiasiyası adlı iki təşkilatı bununla bağlı bəyanat qəbul ediblər. Sənəddə qeyd edilir ki, Sebiya QHT-ləri olaraq, rəsmi şəkildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən təşəbbüs olaraq irəli sürülən və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı tərəfindən aparılan “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasına qoşulduğumuzu bəyan edirik: “Azərbaycanın qədim şəhərlərindən olan Şuşa şəhəri öz mədəni irs sərvətləri, gözəl təbiəti, zəngin tarixi abidələri ilə yanaşı çoxşaxəli musiqi mədəniyyəti ilə də bütün regionda tanınıb. Buna görə də Şuşanı “Qafqazın musiqi beşiyi”, “Qafqaın Konservatoriyası” və “Qafqazın cənnəti” adlandırırlar.

Şuşa şəhəri 18-ci əsrin 50-ci illərində Qarabağ xanı Pənah Əli xan tərəfindən salınmış və uzun müddət Qarabağ xanlığının mərkəzi olmuşdur.

Şuşa şəhəri 08 may 1992-ci ildə Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş və təəssüflər olsun ki, 23 ildir işğalda saxlanılır. İşğala qədər şəhərdə 100-lərlə coxsaylı qədim tarixi, mədəni abidələr, qalalar, körpülər, məscidlər, ziyarətgahlar, məqbərələr, muzeylər, məktəblər, kitabxanalar və digər mədəni mərkəzlər olub.

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələyiblər.

“Şəhərin tarix muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Təəssüflər olsun ki, beynəlxalq təşkilatların laqeyd, etinasız mövqeləri ilə yanaşı bir çox hallarda Dağlıq Qarabağ, o cümlədən, Şuşa həqiqətləri barədə dünya ölkələri, xüsusilədə vətəndaş cəmiyyəti institutları az, səhih məlumatlara malikdirlər.

Biz, erməni vandallarının Şuşadakı bu barbar hərəkətlərini pisləyir, Şuşanın tarixi,mədəni irs abidələrinin dagıdilmasına öz etirazımızı bildirir və bunların dayandırılmasına səslənirik.

Mədəni irsi qorumalıyıq ki, sülhlə gələcəyə nail olaq. Buna son qoymaq üçün əl-ələ verək və gücümüzü birləşdirək”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər