9 Aprel 2015 14:20
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 5-də keçirdiyi sınaq imtahanının nəticələrini açıqlayıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, artıq nəticələr komissiyanın saytındadır.

Qeyd edək ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.


Aprelin 6-dan etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılıb.


Müəllif: