9 Aprel 2015 19:09
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının və Polşanın Azərbaycana təyin edilən səfirləri Robert Sekuta, Marek Tsalkanı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təhsil naziri diplomatları bu vəzifəyə təyin olunmaları münasibəti ilə təbrik edib. M.Cabbarov ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüş zamanı təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkələrimiz arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüş zamanı Azərbaycanla Polşa arasında təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri, hər iki ölkədə həyata keçirilən təhsil islahatları və faydalı təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.


Müəllif:

Oxşar xəbərlər