Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir.
Teleqraf.com-un xəbərinə görə, bu gün buna uyğyn olarq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağcabədidə vətəndaşları qəbul edib.
Qəbulda Ağcabədi, Tərtər, Füzuli, Bərdə, Goranboy, Ağdam, Laçın və Xocalı rayonlarından olan sakinlər iştirak edib. Qəbulda Komitə sədri tərəfindən vətəndaşların fikir və təklifləri dinlənilib. Vətəndaşlar əsasən boşanmaların yaratdığı problemlər, qadın hüquqlarının müdafiəsi, sağlamlıq məsələləri ilə əlaqədar müraciətlər ediblər. Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılaraq aidiyyatı qurumlara çatdırılması üçün nəzarətə götürülüb.
Daşqın Abdullayev