12 Aprel 2015 09:25
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonu Kətəlparaq kəndində yenidən ilanlar peyda olub.

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, bu dəfə burada yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün Xansuvar Salmanovun evi ilanların məskəni olub.

Dünən səhər onun həyat yoldaşı Nəzakət İsayeva səhər saatlarında yatağının üzərinə nəyinsə düşdüyünü hiss edib. O, yuxudan oyandığı vaxt isə yatağının üstündən ilanı görüb. Bunu görən xanım qorxudan qışqırmağa başlayıb. Ailə üzvüləri gəldikdə isə Nəzakətin huşsuz vəziyyətdə olduğunu, ilanın isə hələ də yatağın üzərində olduğunu görüblər.

Ailə üzvləri ilanın Nəzakət İsayevanı sancdığını zənn ediblər. Onlar ilanı öldürdükdən sonra, təcili tibbi yardıma müraciət ediblər. Hadisə yerinə gələn həkimlər xanımı müayinə etdikdən sonra onun qorxudan şok keçirdiyi məlum olub. İlkin tibbi yardı göstərildikdən sonra qadını Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdiriblər. Yaxınlarının bildirdiyinə görə, hazırda həkim nəzarətində olan xanımın səhhəti qənaətbəxşdir.

Daşqın Abdullayev


Müəllif: