QOÇ – Ətrafınızda baş verən proseslərdən sizə heç bir zərər gəlməyəcək, əksinə bəzi mövqelərinizə bir az da yaxınlaşacaqsınız. Bugünkü danışıqlardan imtina etməyin, çox pul xərcləməyin.
BUĞA – Hər məsələdə müəmma axtarmayın. Bütün addımlarınızı reallığa uyğun tərzdə atın. Gün ərzində sağlamlığınıza diqqəti artırın. Bələd olmadığınız heç bir işə qol qoymayın.
ƏKİZLƏR – Davranışlarınızı elə tənzimləyin ki, kiminsə gözündə kiçilməyəsiniz. Əgər kimlərəsə ürəyinizdən keçən müsbət fikirləri demək istəyirsinizsə, qətiyyən tərəddüd etməyin. Qidanıza fikir verin.
XƏRÇƏNG – “Nəhs gün” deyiminə əhəmiyyətsiz yanaşın. Çünki Allahın yaratdığı heç bir təqvim yaman olmaz – insanlar onu pis yozmasalar. Yalnız sağlamlığınızı qorusanız, bu təqvimi bəyənəcəksiniz.
ŞİR – İş müstəvisində yeni layihələrə imza atmaq istəyirsinizsə, bu gündən yaxşısını tapmayacaqsınız. Odur ki, bütün gücünüzü ortalığa qoymalı, boşuna vaxt itirməməlisiniz. Uzaq səfərə çıxmayın.
QIZ – Yorulmaq bilmədən çalışın ki, digər işləriniz də sürətlənsin. Fəaliyyətlə bahəm, münasibətlər sisteminə də fikir verməlisiniz. Əmin olmadığınız hansısa məsələ barədə riskə getməyin.
TƏRƏZİ – Naharaqədərki vaxtı səbrlə başa vursanız, hər hansı konfliktə getməsəniz, qarşınızda duran bu tarix sizi xeyli məmnun edəcək. Fəaliyyətinizdə müsbət dönüşlər də mümkündür.
ƏQRƏB – Bəzi gərginliklərdən keçməli olsanız da, risk etməməklə hər hansı zərərlə üzləşməyəcəksiniz. İnsanlarla, xüsusən də müdiriyyətlə ehtiyatlı davranın, kimlərinsə özəl həyatına qarışmayın.
OXATAN – Qarşınızda təzadlı bir gün durur. İştirakçısı olduğunuz proseslər ən müxtəlif istiqamətlərdə cərəyan edəcək. Situasiyaya uyğun davranmaqla uğurları cəlb edə bilərsiniz.
OĞLAQ – Daxili tərəddüdləriniz bu təqvimdən etibarən əriməyə başlayacaq. Sizi narahat edən əksər müşküllərə işıq düşəcək. Bu səbəbdən də hər bir şansa hazır olmalısınız. Sevgi hisslərinizi gizlətməyin.
SUTÖKƏN – Bu gün üzərinizə düşən başlıca vəzifə qarşılıqlı münasibətləri qaydasına salmaqdır. Ünsiyyətdə olduğunuz hər kəslə anlaşıqlı davranın. Günün ikinci yarısı qazanmaq ehtimalınız da var.
BALIQLAR - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Vaxt tapıb ziyarətə baş çəkin.