14 Aprel 2015 14:22
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi Ağcabədi rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsi ilə birgə “Təbiəti görmək istədiyimiz kimi qoruyaq!” adlı ekoloji marafona start verib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, marafonun keçirilməsində əsas məqsəd ekoloji tarazlığının bərpasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhvə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

2 gün davam edən aksiya çərçivəsində 80-dən çox quş yuvası düzəldilərək, rayonun mərkəzi Heydər Əliyev prospektindəki müxtəlif dirəklərə asılıb.

Marafon çərçivəsində gənclər üçün təcrübəli ekspertlər tərəfindən "Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları" haqqında məruzələr edilib, onların ekoloji təfəkkürün formalaşdırılmasına yönəlmiş maarifləndirmə sessiyaları keçirilib.

Qeyd edək ki, marafon Gənclər üçün Təhsil Mərkəzinin digər ofisləri vasitəsilə Gəncə, Mingəçevir, Quba və digər regionlarda da həyata keçiriləcəkdir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər