15 Aprel 2015 18:01
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anım günüdür. “Günaydın” verilişi proqramı Zərifə Əliyevaya həsr edib.

Publika.az xəbər verir ki, verilişə qonaq olan xalq artisti Amaliya Pənahova görkəmli oftalmoloqla ilk görüşünü və təəssüratlarını tamaşaçılarla bölüşüb.

“Zərifə Əliyevadan söhbət açarkən mən hər zaman ilk görüşümüzü xatırlayıram. Bu Sövetlər dönəmində baş verib. Heydər Əliyev premyeralara bütün büro üzvləri ilə yanaşı, həyat yoldaşı Zərifə xanımla gəlirdi. İlk dəfə mən Zərifə xanımı Dumbadzeninin “Darıxma ana” tamaşasında gördüm. İlk tanışlığımız isə İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasında baş verdi. Tamaşadan sonra ulu öndər səhnə arxasına gəlirdi. Zərifə Əliyeva da hər zaman Heydər Əliyevin yanında olurdu. O, nəcibliyi və təvazökarlığı ilə kənarda qalmağı sevən insan idi.


“Xurşudbanu Natavan” tamaşasının premyerasında sonra ulu öndər tərəfindən sərəncam verildi ki, Ağdamda Natavanın qəbrinin üstü götürülsün və Şuşada onun heykəli ucalsın. Həmin açılışa mən tamaşanın baş rol ifaçısı kimi dəvət olunmuşdum. Zərifə xanımla ilk ünsiyyətim həmin zaman baş tutdu. Şuşada böyük bayram idi. Həmin zaman Zərifə xanım mənim qoluma girib gəzdi həmin yerləri. Yəqin ki, mən onun ürəyinə yatmışam. Çox qürurlu qadın idi. O vaxt İlham Əliyev də onun yanında idi. İlham Əliyevlə də ilk tanışlığım həmin vaxt oldu”.


Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.


Müəllif:

Oxşar xəbərlər