Bakının bəzi ərazilərinə içməli su məhdudiyyətlə veriləcək.
“Azərsu” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar 22 aprel 2015-ci il tarixdə saat 08:00-dan 23:00-dək Ceyranbatan və Saray qəsəbələrinə, Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivinə, Novxanın kəndinin bir hissəsinə, Yeni Biləcəri yaşayış sahəsinə içməli su məhdudiyyətlə veriləcək.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.