"Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdır. Yalnız bundan sonra Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasından söhbət gedə bilər".
Teleqraf.com-un məlumatına görə, bu sözləri Türkiyənin Avropa Birliyi (AB) üzrə naziri Volkan Bozkır deyib.
Türkiyəli diplomat 2009-cu ildə Türkiyə və Ermənistan arasında imzalanan protokoldan danışarkən iki ölkə arasında yaxınlaşma prosesinin şərtlərinə aydınlıq gətirib.
O bildirib ki, Ermənistanla yaxınlaşma bu ölkənin 1915-ci hadisələrini beynəlxalq aləmdə "soyqırım" adlandırmaqdan çəkinməsindən və Dağlıq Qarabağdan qoşunları çıxarmasından sonra mümkündür. Yalnız bundan sonra iki ölkə arasında münasibətlərin normallaşmasından söhbət gedə bilər.
O digər bir şərt kimi Dağlıq Qarabağ və ətraf ərazilərin Azərbaycana qaytarılmalı olduğunu da vurğulayıb.
Volkan Bozkır 1915-ci il hadisələrindən daınışarkən Türkiyə tərəfinin arxivləri açmağa hazır olduğunu bir daha bəyan edib. O bildirib ki, Ermənistan tərəfi hər dəfə buna razı olmayaraq problemlər yaradır.