27 Aprel 2015 10:49
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri Bakı şəhərində “Hər ay bir gün” adlı növbəti aksiyanı həyata keçiriblər.

Birliyin sədri Sevinc Əzimbəylinin Teleqraf.com-a verdiyi məlumata görə, il boyunca “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin fədakar gəncləri qəhrəman şəhid övladlarının xatirəsini əziz tutaraq, vətənpərvər ənənəni davam etdirməkdədir. Onun sözlərinə görə, gənclər “Hər ay bir gün” adlı aksiyanı ayda bir dəfə keçirməklə, şəhidlərin yaşamış olduqları binalara vurulmuş şəhid lövhələrini, eləcə də ətrafında təmizlik işlərini həyata keçirirlər.

S.Əzimbəylinin sözlərinə görə, əsas məqsəd ölkəmizdə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər