Milli QHT Forumu (MQF) Gənclər departamentinin təşkil etdiyi “Silsilə Təlimlər” layihəsi çərçivəsində son təlim- Liderlik təlimi keçirilib.
MQF-dən Teleqraf.com-a verilən məlumata görə, aprelin 13-dən başlayan proqrama əsasən gənclərə motivasiya, karyera quruculuğu, bədən dili, natiqlik, liderlik mövzularında təlimlər keçirilib.
MQF-nin ofisində keçirilən yekun təlimdə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Cavad Derəxti də iştirak edib.
Sonda təlimdə aktiv iştirak edən gənclərə sertifikatlar verilib, təlimçi Ağaəhməd Göyüşov isə təşəkkürnamə ilə təltif edilib.
BƏXTİYAR