“Azəryolservis” ASC yeraltı komunikasiya xətlərinin çəkilişi və təmiri ilə məşğul olan qurumların müraciət edib.
ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəza halları istisna olmaqla planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan, asfalt-beton örtüyü qazılaraq yeraltı komunikasiya xətlərinin çəkilişi və təmiri işlərinə icazə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən may ayının 15-dən 1-ci Avropa Oyunları bitənədək müvəqqəti dayandırılır.
“Azəryolservis” ASC bununla əlaqədar olaraq aidiyyatı qurumlardan anlayışlı olmaqları xahiş edilir və öz işlərini iyul ayından sonrakı dövrə planlaşdırmaqları tövsiyyə olunur.
İLHAMƏ