Mayın 21-də saat 11:00-da Şəmkir rayonunun Dəllər qəsəbəsindəki yerləşən Şəmkir Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Şəmkir, Samux, Ağstafa və Qazax rayon sakinlərinin qəbulu keçiriləcək.
Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları mayın 19-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Şəmkir Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.