Bakıda keçiriləcək I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunları Azərbaycan üçün digər ölkələrlə əlaqələri inkişaf etdirmək baxımından çox böyük imkandır. Bunu Trend-ə İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl-Əbudi deyib.
Onun sözlərinə görə, insanlar Azərbaycan haqqında eşidiblər, lakin onlar bura gəlməsələr, ölkəni lazımi şəkildə tanıya bilməyəcəklər: "Şəxsən mənim üçün Azərbaycan dünyanın ən gözəl ölkələrindən biridir".
Korporasiya rəhbərinin fikrincə, belə tədbirin keçirilməsi əlavə investisiya axınına da səbəb olacaq: "Azərbaycana səfər edəcək turistlər digərlərinə ölkə barədə danışacaqlar ki, bu da gələcəkdə yeni investorları cəlb edə bilər".