6 May 2015 16:32
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və ulu öndərin vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Deyib ki, Azərbaycanda demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən prezident İlham Əliyevin yerit¬diyi məq¬səd¬yönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intel¬lektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.

Sonra Baş naziri müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, Heydər Əliyev haqqında deyilən hər bir söz onun fəaliyyətinin dəyərləndirilməsi ilə yanaşı, gələcək nəsillər üçün Azərbaycanın inkişafına xidmət edən fəaliyyətin tarixə çevrilməsinə verilən qiymətdir. Heydər Əliyev haqqında xatirələr, onun xalqı qarşısındakı xidmətləri, fikirləri, düşüncələri mövcuddur. Azərbaycan ötən dövrdə bütün sahələrdə dinamik inkişaf yolu keçib, iqtisadi sahədə modernləşmə mərhələsinə gəlib çıxıb, keyfiyyətcə cəmiyyətin normal inkişaf ahəngini təmin edən çoxşaxəli siyasi və hüquqi islahatları inamla gerçəkləşdirilib. Ən əsası, dövlət müstəqilliyi qorunub saxlanılaraq möhkəmləndirilib.

Tədbirdə akademik Vasim Məmmədəliyev və professor Abuzər Xələfov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.

NİGAR


Müəllif: