Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan şirkəti tərəfindən yaradılan “Dirsi” yaşayış kompleksi çərçivəsində “Dirsi Otel” inşa olunur. Otelin tikintisinə 2013-cü ildən başlanılıb və 2018-ci ildə təhvil verilməsi planlaşdırılır.
Şəhər mərkəzindən 15 dəqiqəlik məsafədə yerləşəcək “Dirsi Otel”in operatorluğunu dünyanın aparıcı otel operatoru “ACCOR” şirkəti həyata keçirəcək.
Ümumi sahəsi 9000-10000 kvadratmetr təşkil edəcək otel, qonaq qəbulu üçün gözəl mebel dəsti ilə təchiz olunmuş 200 otaqdan ibarət olacaq. Qonaqlar otelin yaxınlığında yerləşən ticarət və əyləncə mərkəzi, bulvar, park, kino-teatr və digər məkanlardan da faydalana biləcəklər.
Xatırladaq ki, “Dirsi” Tbilisi şəhərində Kür çayı boyunca 20 hektar sahədə salınan irimiqyaslı yaşayış kompleksi layihəsidir.