Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə NATO-nun Mənzil Qərargahında Mülki Fövqəladə Planlama Komitəsinin Uyarlılıq Platforması formatında fövqəladə hallar üzrə milli qurumların rəhbərləri səviyyəsində keçirilən növbəti plenar iclasında iştirak edib.
Teleqraf.com xəbər verir ki, iclasda əsas diqqət NATO-nun böhranların idarə olunması sahəsində tərəfdaş dövlətlərə verdiyi dəstəyin davam etdirilməsi və mülki hazırlıq sahəsində mövcud təhdidlərə qarşı birgə fəaliyyətin həyata keçirilməsinə dair fikir mübadiləsinin aparılmasına yönəldilb.
Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini NATO-nun müvafiq qurumları ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlığının hazırki vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Onun sözlərinə görə, ötən dövr ərzində bu əlaqələr daha da genişlənmiş və nazirlik əməkdaşları təşkilat tərəfindən mütəmadi olaraq keçirilmiş müxtəlif kurs, seminar və təlimlərdə yaxından iştirak edib.
Həmçinin, NATO ilə təcrübə mübadilələrinin aparılmasının əməkdaşlığımızın vacib hissəsi olduğunu nəzərə alaraq, Avro-Atlantik Fəlakətlərə Cavabın Əlaqələndirməsi Mərkəzində təcrübə keçməsi məqsədilə Könüllü Milli Töhfə statusu ilə nazirliyin əməkdaşları sözügedən Mərkəzə ezam olunur.
İLHAMƏ