Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mobil cihazlarla bağlı elektron xidmətlərinə maraq daha çox olub.
Teleqraf.com xəbər verir ki, aprel ayında “Elektron hökumət” portalı üzərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidmətlərinə edilən 179196 müraciətin 75 999-u mobil cihazlarla bağlı 2 xidmətin payına düşüb.
Müraciətlərin 41 104-ü mobil cihazların qeydiyyatdan keçirilməsi ilə bağlı olub.
“Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən isə 34 895 dəfə istifadə olunub.
İLHAMƏ