8 May 2015 23:24
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi tərəfindən “Heydər Əliyev dövründə dəmir yolunun inkişaf tarixi” adlı sənədli film hazırlanıb.

QSC-dən Teleqraf.com-a bildirilib ki, filmdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunmasının “Əsrin Müqaviləsi” ilə başlanması, 1998-ci il sentyabr ayında Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi, Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan Azərbaycanın əlverişli tranzit əhəmiyyətli dövlət kimi bölgədəki lider statusunu təmin etməsi öz əksini tapıb.

Eyni zamanda, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, 14300 texniki yeniləşmə metodunun tətbiq edilməsi və bunun dəmir yolunun bütün sahələrini əhatə etməsi, Heydər Əliyevin alternativi olmayan siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi tarixi görüntülərlə əks olunub.


Müəllif:

Oxşar xəbərlər