20 May 2015 14:47
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində www.belediyye.info internet resursunu istifadəyə verib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, bu resursa “Bələdiyyə həyatı”, “İKT və bələdiyyələr”, “Tanınmış bələdiyyə üzvləri”, “Gündəlik xəbərlər” rubrikası daxil edilib. Bununla yanaşı, resursa Azərbaycan bələdiyyələri haqqında məlumat bazası və qanunvericiliyə aid olan sənədlərin elektron verisyası salınıb.

Sayt gündəlik iş rejimində olmaqla mütəmadi olaraq bələdiyyələrin fəaliyyətilə baglı məlumat və yeniliklərə öz səhifələrində yer ayıracaqdır.

Saytın istifadəyə verilməsində əsas məqsəd müasir informasiya texnologiyalarından istifadə etməklə qanunvericiliyə edilmiş düzəlişlərin 2014-cü il seçkilərindən sonra formalaşmış bələdiyyələrə izah edilməsidir.

Qeyd edək layihə çərçivəsində internet resursun təqdimatı iyul ayında keçiriləcək.

BƏXTİYAR


Müəllif: