Türkiyənin Muğla vilayətindəki Beçin qalasının Dünya İrsi Siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət olunub.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, ölkədəki qədim Beçin şəhəri 2012-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Beçin qalası isə bu bölgədə yerləşən eyniadlı kəndin ərazisindədir. Bu ərazidə çoxlu sayda qədim abidə, o cümlədən Əhməd qazi türbəsi yerləşir.
Bildirilir ki, qalanın qüllə və bürcləri bugünədək möhkəmliyini qoruyub saxlayıb. Aparılan arxeoloji qazıntılar qalanın hüdudlarının müəyyənləşdirilməsinə imkan verəcək.