25 May 2015 19:18
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanan binanın sakinlərinə şəxsiyyət vəsiqəsi verilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ölkə prezidentinin tapşırığına əsasən, DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Binəqədi rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən mayın 19-da baş vermiş yanğın nəticəsində şəxsiyyəti təsdiq edən sənədləri məhv olan vətəndaşlara yeni vəsiqələrin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Səyyar xidmət zamanı müraciət etmiş 25 nəfər şəxsiyyət vəsiqələri ilə təmin olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb. Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər