29 May 2015 00:50
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 May – Respublika Günü münasibətilə Azərbaycanın İordaniyadakı səfirliyi tərəfindən Əmmanda rəsmi qəbul təşkil edilib.

Qəbulda əvvəlcə Azərbaycanın və İordaniyanın dövlət himnləri səsləndirilib.

Səfir Sabir Ağabəyov əvvəlcə 25 may- İordaniyanın Müstəqillik Günü münasibətilə tədbirə qatılan iordaniyalıları təbrik edib.

S.Ağabəyov Azərbaycanın tarixi keçmişinə nəzər salaraq müstəqillik dövrünün reallıqların danışıb. Azərbaycanda müstəqilliyin bərpasından ötən 23 il ərzində həyata keçirilmiş düzgün və mütərəqqi siyasət nəticəsində əldə olunmuş nailiyyətlərdən bəhs edib.

Səfir iyunun 12-28-də Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının ölkəmiz və xalqımız üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib.

Azərbaycan-İordaniya əlaqələrinin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu söyləyən səfir ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 40-dək sazişin imzalandığını qeyd edib. O, iki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, parlamentlərarası əməkdaşlığın xüsusi rol oynadığını vurğulayıb.

S.Ağabəyov Əmmanda yerləşən Heydər Əliyev prospektində eyni adlı meydanın və fəvvarənin inşasına göstərdikləri dəstək və əməkdaşlığa görə Böyük Əmman Bələdiyyəsinə təşəkkürünü bildirib.

Səfir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində göstərdikləri səylərə və dəstəyə görə İordaniya rəhbərliyinə minnətdarlığını ifadə edib.

Tədbirdə respublikamızın sosial-iqtisadi inkişafından, həmçinin birinci Avropa Oyunlarından bəhs edən videoçarxlar nümayiş etdirilib.

Sonra tədbir ziyafət mərasimi ilə davam etdirilib.

Rəsmi qəbulda İordaniya Senatın sabiq sədri Taher Masri, İordaniya Nümayəndələr Palatasının (Parlament) beynəlxalq əlaqələr komitəsinin sədri, hazırda Azərbaycan-İordaniya Dostluq Cəmiyyətinin sədri Hazim Qaşu, İordaniya Senatlığının senatı Marvan Hammud, İordaniya Parlamentinin yuxarı palatasının senatı Muhammad Əl-Squr, İordaniya nəqliyyat nazirinin müavini Leys Dababneh, İordaniya Parlamentinin hər iki palatasında fəaliyyət göstərən İordaniya-Azərbaycan qardaşlıq komitələrinin sədrləri və üzvləri, sabiq hökumət üzvləri, Krallığın rəsmi və işgüzar dairələrinin, ölkədə akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri və üzvləri, Azərbaycan icmasının, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri və digərləri iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər