31 May 2015 00:07
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Kənardan kömək göstərən olmasa, hansısa cəhdinizin baştutma ehtimalı reallaşmayacaq. Ümumiyyətlə, bu tarixdə yalnız başqalarının məsləhətilə hərəkət etməlisiniz. Axşam qonaq getməyə dəyər.


BUĞA - Bu təqvimdə aktivliyinizi birə-beş qat artırmalısınız. Ona görə də şəxsi məqsədləriniz naminə müəyyən ünvanlara baş çəkməyiniz vacibdir. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.


ƏKİZLƏR - Maliyyə problemlərinə görə darıxmayın. Ulduzlar yaxın vaxtlarda sizi varlandıracaq. Bu günsə evlə bağlı maneələrin həllinə çalışmalısınız. Səhhətinizə ciddi yanaşın.


XƏRÇƏNG - Ailə üzvlərinizlə müəyyən anlaşılmazlıqlarınız gözlənilir. Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Tanrıya zidd addımlardan əl çəkin.


ŞİR - Qarşınızda duran öhdəliklərin çoxluğu sizi üzməməlidir. Əgər bu vəzifəni icra etməkdə tərəddüdünüz varsa, dost-tanışlarınızın məsləhətlərindən bəhrələnin. Qətiyyətli olun.


QIZ - Şəxsi münasibətlərdə meydana çıxan mübahisəli situasiyalar qismən də olsa, qaydasına düşəcək. Sadəcə, təmkin göstərmək lazımdır. Bu gün ocaq və pirlərə getmək düşərlidir.


TƏRƏZİ - İşgüzar sövdələşmələrdə iştirak etmək və gələcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı bütünlüklə sevdiyiniz insanlara həsr edin. Onlarla birgə olmağa çalışın.


ƏQRƏB - Olduqca riskli gündür. Çıxardığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər. Amma Göy qübbəsi haqqınızda nikbindir. Amma nəzərə alın ki, mənfi enerjili Ay bürcünüzdədir.


OXATAN - Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastlaşmayacaqsınız. İqlimin təhərindən asılı olmayaraq günün ikinci yarısında qonaq getmək əlverişlidir.


OĞLAQ - Ümumi məziyyətlərinə görə xoş gündür. Bir şərtlə ki, işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoyasınız. Qarşılıqlı münasibətlərdə ürəyinizcə olan hadisələr mümkündür.


SUTÖKƏN - Astroloji göstəricilər ovqatınızın havadan asılı olduğunu bəyan edir. Deməli, iqlim ürəkaçan olsa, nəzərdə tutduğunuz işlər də qaydasında gedəcək. Özünüzü gərginliyə salmayın.


BALIQLAR - O qədər də uğurlu gün deyil. Maneələriniz çox olacaq. İkitərəfli danışıqlarda təşəbbüskarlığı əldə saxlayın. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin.


Müəllif:

Oxşar xəbərlər