1 İyun 2015 20:56
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmmədli Vahid Elşən oğlu 2014 cü il mayın 14-ündə Ucar rayonunda anadan olub.

Məmmədli Vahid animiyadan əziyyət çəkir. Sol gözü doğuşdan yoxdur. Bundan başqa burnun sol dəliyi də yoxdur. Vahidin sağ qulağının yuxarı seyvanı bağlıdır.Sinəsində dərin çöküntü var. Qüsurlu gözünün yaş kanalından çirk gəlir. Bu da, əməliyyat olunmadığı təqdirdə beyində bir sıra fəsadlara yol aça bilər. Vahid, Ucar rayon mərkəzi xəstəxanasında dünyaya göz açıb. Valideyinləri bildirir ki, rayon mərkəzi xəstəxanasının həkimləri uşaq dünyaya gəlməmişdən əvvəl hər şeyin yaxşı olduğunu, uşağın ana bətnində normal inkişaf etdiyini bildiriblər.

Vahidin anası Şəlalə ona baxan həkimdən uzi müayinəsi tələb etsə də, həkim deyib ki, lazım deyil, hər şey yaxşıdı. Şəlalə qanında mikrob tapıldığına görə, hamiləlik dövrünün 3 ayına qədər Mingəçevir xəstəxanasında müalicə olunub. Sonra Mingəçevir xəstəxanasının həkimi yolun uzaqlığından dolayı xəstəni rahatsız etmək istəmədiyini bildirərək, müalicənin Ucar rayon mərkəzi xəstəxanasında davam etdirilməsini məsləhət görüb. Ucar rayon mərkəzi xəstəxanasının ginekoloqu Mingəçevir xəstəxanasının müalicəsinin səhv olduğunu bildirərək, xəstəni öz yöntəmləri ilə müalicə etməyə başlayıb. Şəlaləni hamiləlik dövrünün 8 ayına qədər heç bir üzi müainəsinə getməyə icazə verməyib.

Bir neçə kurs güclü antibiotiklər müalicəsi aparıb. Vahidin atası Elşən bildirir ki, biz həkimin dediyi hər şeyə əməl edirdik. Hardan biləydim belə olacağını? Doğuşdan sonra uşağı görəndə dəhşətə gəldim. Uşağın sol gözü, burnunun sol tərəfi yox idi. Mən ata olduğuma sevinə bilməsəm də, şükr edirəm. O mənim övladımdı. Sadəcə onun gələcəyindən narahatam. Mən özümə söz vermişəm, onu normal görkəmli insan kimi cəmiyyətə qazandıracam. Əlimdən gələni edəcəm ki, o həm də, vətən üçün, millət üçün xeyirli, elmli bir insan olsun. Bizə indi kömək lazımdır. Oğlum tezliklə gözündən əməliyyat olunmalıdır.

Sol gözünün yuvası böyüdülərək protest qoyulmalıdır. Bu da, ancaq Türkiyədə mümkündür. Oğlum tezliklə əməliyyat olunmasa, göz olmayan dəlikdəki çirk, beyninə vuraraq onun ölmünə səbəb olacaq. Mən oğlumun yaşamasını istəyirəm. Onu çox sevirəm. Bütün imkanlı adamlara səslənirəm, bizə maddi dəstək olun. Çox xahiş edirəm.

Kömək etmək istəyənlər, uşağın atası, Məmmədov Elşənlə əlaqə saxlaya bilərlər. 055 589 06 08


Müəllif:

Oxşar xəbərlər