4 İyun 2015 20:45
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda iki küçə təmirdən sonra sürücülərin ixtiyarına verilib.

Teleqraf.com xəbər verir ki, “Azəryolservis” ASC paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işlərini davam etdirir. Bu çərçivədə Binəqədi rayonu Biləcəri qəsəbəsinin daha iki küçəsi - Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri təmir olunub.

Küçələrin ümumi uzunluğu 670 metr, eni isə ortalama 13,5 metrdir. Burada ümumilikdə 9500 kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, hər iki küçədə zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.

Sözügedən ərazidə təqribən 1350 paqon-metr yeni səki daşı düzülüb, səkilərdə abadlıq işləri həyata keçirilib. Bəzi ərazilərdə səkilərə tamet daşları düzülüb, bəzi yerlərdə isə səkilər asfaltlanıb.

Qeyd edək ki, bundan öncə qəsəbənin ümumi uzunluğu 4 kilometr olan 4 küçəsində analoji təmir-tikinti işləri həyata keçirilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər