5 İyun 2015 00:07
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ – Təzadlı gündür. Ziddiyyətli hadisələr bir-birini əvəz edəcək. Bu səbəbdən ilk növbədə əldə olanları qorumaq lazımdır – pulunuzu, malınızı sağa-sola səpməyin. Kiminsə qəlbinə dəyməyin, axı qəlb Allaha məxsusdur.


BUĞA – Ümumi kosmik fon çox gərgindir. Nədəsə tərəddüdünüz varsa, bəri başdan onu təxirə salın, çünki belə məqamlarda onun alınmaması daha çox ehtimal olunur. Haqlı olmağınızla bahəm, güclü də olmalısınız.

ƏKİZLƏR – Bu tarixdə köhnə işləri təzələmək məsləhət deyil. Hər şeyin təzəsi daha yaxşıdır. İlk növbədə özünüzü situasiyaya uyğunlaşdırmalısınız. Lovğalıq və özündənrazılıq etməyin. Bütün gücünüzlə açıq havada olun.

XƏRÇƏNG – Sevindirici olaylar, şadyanalıqlar günü olduğu üçün qısqanclıqdan, başqalarına qarşı hikkədən doğan istənilən addımınız böyük təhlükə yarada bilər. Bu gün elektrik cihazları ilə ehtiyatlı davranın.

ŞİR – Qarşınızda duran bu təqvimdə əsas gücünüzü münasibətlərə yönəldin. Amma diqqətli olun: rüşvət almaq, zina etmək, cadugərə getmək çox təhlükəlidir. Tövbə məqamı, saflaşma vaxtıdır.

QIZ – İmkan daxilində fəaliyyətə ara verib ruhi dünyanızı qidalandırın. Özünüzü azad və müstəqil hiss edin. Heç kimdən qorxmayın, daxili saflığınıza əminsinizsə, buna güvənib yalnız irəli gedin.

TƏRƏZİ – Əsas gücü münasibətlər müstəvisinə yönəltmək lazımdır. Hörmət qazanmaq üçün bəlkə də bundan yaxşı məqam olmayacaq. Özünüzü güclü adam sanırsınızsa, bu gün hətta zamanı da idarə edə bilərsiniz.

ƏQRƏB – Ətrafınızda kim varsa, hamısına sevinc, gülüş bəxş edin. Problem və qayğılardan uzaq olun. Elə zənn edin ki, bu gün “iş orucu” tutmusunuz. Axşam süfrəsində şükür edin ki, bu günü sağ-salamat başa vurmusunuz.

OXATAN – Sevgi müstəvisində mövcud olan boşluqları doldurmağa tələsin. Elə addım atın ki, sizə rəğbət yaransın. Əgər maddi imkanınız yetsə, sevdiyiniz insana yaddaqalan bir hədiyyə də ala bilərsiniz.

OĞLAQ – Kimsə sizdən imkanınız yetən bir şey istəsə, tərəddüd etmədən verin. Səxavətinizi əsirgəməyin. Əslində bu, problemli işlərinizin həllinə yardımçı olacaq. Göy qübbəsi köhnə dostlarla əlaqəni də uğurlu sayır.

SUTÖKƏN – Gün ərzində vacib maliyyə işlərini qaydasına salmaq olar. Xüsusən də günortadan sonra bu istiqamətdə fəal olmalısınız. Astroloji göstəricilər qida və yuxu rejiminə riayət etməyi məsləhət görür.

BALIQLAR – Mümkün qədər bu təqvimi ev şəraitində keçirməyə çalışın. İzdiham içində olmaq və ya uzaq səfərə çıxmaq münasib deyil. Bu gün olub-keçənlər haqqında müfəssəl informasiyalar toplayın.


Müəllif:

Oxşar xəbərlər