“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri seçilib.
T.Əhmədov Publika.az-a açıqlamasında bu etimada görə YAP rəhbərliyinə təşəkkür edib: “Bu gün yeni vəzifəyə seçilmişəm və hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, bu barədə qərar YAP-ın Yasamal Rayon Təşkilatının bu gün keçirilən X konfransında qəbul olunub.