10 İyun 2015 00:09
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Yaxın günlərdə maddi problemlərinizin aradan qalxacağına nikbin yanaşın. İnsanlara inamla baxın.


BUĞA - Olduqca təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Gələcək perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdədir.

ƏKİZLƏR - İştirakçısı olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Sağlıq durumunuza fikir verin, əsəblərinizi qoruyun.

XƏRÇƏNG - Hələ də böyük planlarınızın reallaşmaması daxili gərginliyinizi artıra bilər. Buna baxmayaraq, özünüzdə təmkin tapıb Ulu Yaradana ümid bəsləyin. Uzaq səfərə çıxmaq olar.

ŞİR - Sürprizlər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız. Evə bir qədər gec getsəniz də olar. Əsas məsələ planlarınızı həyata keçirməkdir. Dostlarınızla soyuqlaşmayın.

QIZ - Daxili sabitliyinizi qoruyun. Əks təqdirdə müttəfiqləriniz sizdən uzaqlaşa bilər. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan vədlər verməkdən uzaq olun.

TƏRƏZİ - Ulduzların düzümü maliyyə imkanlarınızın genişlənəcəyindən xəbər verir. Varlanmaq üçün xeyli şanslarınız var. Bu istiqamətdə hər bir mümkün variantdan yararlanın.

ƏQRƏB - Müəyyən təsirlərə məruz qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli sövdələşmələrdən, məsuliyyətli işlərdən uzaq durmalısınız. Günün ikinci yarısını gəzintilərə həsr edin.

OXATAN - Daha bir səmərəli gün yaşayacaqsınız. Astroloji göstəricilər hər hansı qanqaraçılığın mümkünlüyünü təkzib edir. Qərarlarınızda qəti olsanız, bəxtiniz də gətirəcək.

OĞLAQ - Səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözdən qoymayın.

SUTÖKƏN - İşlə bağlı müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Bu gün ailə-sevgi münasibətlərindəki passivliyi mütləq aradan qaldırın.

BALIQLAR - Etibar etdiyiniz bəzi şəxslər tərəfindən aldadıla bilərsiniz, ələlxüsus da yaxın ətrafınız tərəfindən. Belə məqamlarda soyuqqanlılıq nümayiş etdirməyiniz vacibdir. Bu gün qazanmaq ehtimalınız da var.


Müəllif:

Oxşar xəbərlər