İnstitutda “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair müzakirə açılıb
16 iyun 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını elan edib. Sözügedən iş erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən məcburi köçkün düşən altı Azərbaycan vətəndaşının Ermənistana qarşı 6 aprel 2005-ci il tarixli iddia müraciətinə əsaslanır. Bu münasibətlə bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) dəyirmi masa keçirilib.
İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə gör, tədbiri FSHİ-nin direktoru İlham Məmmədzadə açaraq qərarla bağlı çıxış edib və bu haqda fikirlərini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, Avropa Məhkəməsinin bu qərarı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartların tətbiqini aradan qaldırmaq istiqamətində mühüm addım hesab oluna bilər.
Mövzu ilə bağlı müzakirələrdə institutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru Bəhram Zahidov və Rauf Qarayev iştirak ediblər.
Tədbirə yekun vuran FSHİ-nin direktoru İlham Məmmədzadə müzakirə edilən mövzunun əhəmiyyətini bir daha vurğulamış və 26 İyun Ordu Günü ilə bağlı tədbir iştirakçılarını təbrik edib.
NİGAR