İyunun 25-dən Bakıdan Monteneqronun Tivat şəhərinə çarter aviareysləri təşkil olunur.
Çarter reysləri yay mövsümü ilə əlaqədar olaraq açılıb. Uçuşlar həftədə bir dəfə cümə axşamları iyulun 24-dən isə bazar ertəsi və cümə axşamları olmaqla həftədə iki dəfə təşkil olunacaq.
Çarter reyslərini "Montenegro Airlines" şirkətinin "Embraer-190" təyyarəsi avqust ayının sonlarına kimi həyata keçirəcək.