Vüqar Tofiqlinin Qarabağ mövzusuna həsr etdiyi növbəti kitabı işıq üzü görüb.
Teleqraf.com-un məlumatına görə, “Xatirələrim” müəllifin ilk hekayələr toplusu, eyni zamanda Qarabağ mövzusunda dördüncü kitabıdır. Bundan əvvəl, Vüqar Tofiqlinin “Ağdam Çörək Muzeyi – dünəni, bugünü və sabahı”, “Qarabağın ağ damı” və “XX yüz ilin Ağdamı” kitabları işıq üzü görüb. Topluya müəllifin 30 yaxın həyat hekayəsi daxil edilib.
Müəllifin hekayələrində təsvir olunmuş insan və hadisələr Qarabağın şirinli-acılı günlərinin bədii-sənədli salnaməsi təsiri bağışlayır.
Qeyd edək ki, kitaba ön sözü Əməkdar journalist Tahir Aydınoğlu yazıb.
BƏXTİYAR