3 İyul 2015 11:48
2 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru, ictimai xadim Leyla Əliyevanın 30 yaşı tamam olur.

Axar.az xəbər verir ki, o, həm də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin təsisçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.

L.Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. İsveçrədə və Böyük Britaniyada ali təhsilini davam etdirib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistr pilləsini bitirib.

Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir.

O, həm də 2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarıdır. Leyla Əliyeva 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

Ümumilli liderin nəvəsi yaradıcılıq işləri ilə də məşğuldur. Belə ki, o şeirlər yazır, gözəl rəsm əsərləri çəkir.

Leyla Əliyevanın şeirlərindən birinin Azərbaycanca tərcüməsini təqdim edirik:

Ey könül sirdaşım, ey qəlb yoldaşım,
Sil göz yaşlarını, ağlama daha!
Sevgi də həyat tək əbədi deyil,
O baxmaz amana, o baxmaz aha!

Bax bir ətrafına... nə çox insan var,
Hami qaçhaqaçda, qovhaqovdadı.
Mən də bu həyata tənha gəlmişəm...
Bir gün tərk edəcəm onu tənha da!

Gizlə qürurunu, sən uç... yıxılma!
Dünyanın felinə uyma bu qədər,
Güclü bildiyinin bir dərdi varsa,
Onu da əyəcək bir gün bu kədər!

Sən elə bilmə ki, sənindir dünya!
O ki, öz sirrini kimsəyə verməz!
Bütün sualların bir cavabı var:
Onu hər kəs bilər, bir kimsə bilməz!!!

Söylə, əziz dostum, nədir bu təlaş?
Gedəni saxlaya bilməyəcəksən!
Ayrılıq sözündən qorxduğun anda,
Sən onu ağrısız itirəcəksən!

Bütün günahların son ucu tövbə,
Mən əlac gəzirəm ağrılarıma!
Bəlkə də heç yoxdur bizə bəraət?!
Mən hakim deyiləm, hakim var... əlbət.

Bu gün Leyla xanım ad günündə feysbuk profilindəki fotolarını da yeniləyib və növbəti paylaşımlarını edib.

Həmin fotoları təqdim edirik...


Müəllif:

Oxşar xəbərlər