6 İyul 2015 11:45
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-iyun aylarında 206 çoxmərtəbəli binaya təbii qaz verilib.

Qurumun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həmin binalarda ümumilikdə 3 912 ailə yaşayır.

“Azəriqaz” İB Azərbaycan ərazisində təbii qazın satışı və paylanması ilə məşğul olur.

Birliyin məlumatına əsasən, Azərbaycanda qaz abunəçilərinin sayı 1,75 milyon nəfəri keçib.

Ölkə ərazisində qaz verilişinin fasilələrlə məhdudlaşdırılması qazlaşdırılma səviyyəsinin artırılma işləri ilə bağlıdır.


Müəllif:

Oxşar xəbərlər