Cari ilin ilk altı ayı ərzində Azərbaycanda məhsulların gömrük təmizlənməsi üzrə 105 min elektron müraciət qeydə alınıb.
Teleqraf.com-un məlumatına əsasən, bunu Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclası zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A.Əliyev bildirib ki, gömrük xidmətləri üzrə ümumilikdə 433 mindən çox elektron müracit qeydə alınıb: “Bu gün elektron hökumətin inkişafı olmadan biznesə yardım qeyri-mümkündür. Ölkədə elektron xidmətlərin bir neçə ildir vüsət almasına baxmayaraq, artıq elektron hökumət çərçivəsində 14 dövlət orqanı ilə işləyirik”.