28 İyul 2015 12:13
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mətbuatın əsas vəzifəsi problemli ailələri işıqlandlrmaq deyil. Nümunəvi ailələr ictimaiyyətə təqdim olunmalıdır. Kriminal verlişlər cəmiyyətdə aqressiya yaradır. Məsələyə həssas yanaşılmalı və cəmiyyətə müsbət fikir ötürməliyik".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan milli mətbuatın yaradılması münasibətilə keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edib. Onun sozlərinə görə, mətbuat işçilərinin təltif edilməsi müsbət hadisədirizim qələbəmizdir : "Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyətində jurnalistlərin rolu olduqca vacibdir. Mətbuatımızın tarixi "Əkinçi" qəzeti ilə başlayıb. KİVDF və Mətbuat Şurasının yaranması jurnalistlərin problemlərinin həllində böyük rol oynayır".

Sədaqət Qəhrəmanova mətbuatın ailə, qadın və uşaq məsələlərinin tarixinin işıqlandırılmasından danışıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəküloğlu deyib ki, hər bir valideyn hüquq və vəzifələrini dərk etməlidir: "Biz vəzifələrimizi dərk etsək, hüquqlarımızın pozulmasının qarşısı alınacaq. Valideynlər uşaqlarına tərbiyə verən zaman ilk növbədə vəzifələrini dərk etməlidir. Televiziyalar, qəzet və saytlar ilk növbədə nümünə ola biləcək yazılar verməlidirlər. Bu zaman cəmiyyətdə neqativ halların qarşısı alınacaq".

İlhamə


Müəllif:

Oxşar xəbərlər