31 İyul 2015 17:10
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 31-də Qax şəhərində bölgə vətəndaşlarını qəbul edib.

Heydər Əliyev Mərkəzində nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşların müraciətləri əsasən, işə qəbul, qəzalı vəziyyətdə olan evlərin təmiri və digər məsələlərlə bağlı olub.

Nazir Kəmaləddin Heydərov tərəfindən qəbul edilən 21 vətəndaşın müraciətlərinin çoxu yerindəcə həllini tapıb. Bəzi müraciətlər isə qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, kadr məsələləri ilə bağlı 101, digər məsələlərlə bağlı müraciət etmiş 241 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.


Müəllif: