Sabah Bakıda havanın maksimal temperaturu 32 dərəcə isti olacaq.
Bakıda əsən şimal küləyi sabah günün ikinci yarısından mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, aranir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağma ehtımalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.
Avqusrtun 8-10-da Abşeron yarımadasında mülayim küləklərin üstünlüyü müsbət amıl olsa da, günün bızi saatlarında havada rütubətliyiyin bir qıədər çox olması meteohəssas insanlar üçün narahatçılıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında avqustun 7-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.