21 Avqust 2015 09:54
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatı naziri Heydər Əsədov avqust ayının 28-də saat 11:00-da Masallı rayonunda Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (tel.: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.


Müəllif:

Oxşar xəbərlər