25 Avqust 2015 14:29
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Novruz həmkarı Ramiz Məliklə münasibətlərinə aydınlıq gətirdi.

Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, artıq Ramiz Məliklə münasibətləri yaxşıdır: “Məsələni həll etdik və artıq münasibətimiz yaxşıdır, barışmışıq. Bu məsələni ətrafda bəzi adamlar bilə-bilə şişirtdilər. Niyə belə etdilər, bilmirəm? Hüquq-mühafizə orqanlarına təqdim etdiyim birinci ərizəmdə də yazmışdım ki, etdiyim hərəkətə görə üzr istəyirəm. İnanın ki, avqust da daxil olmaqla son iki ayı öz yaradıcılığım ilə məşğul olmuşam. Heç düşünməzdim ki, belə bir hadisə yaşana bilər. İllərlə bir yerdə işləmişik”.

Qeyd edək ki, avqustun 23-də Akademik Milli Teatrının ilk iş günündə Ramiz Məlik və Ramiz Novruz arasında dava olub.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər