Müğənni Rüfət Axundov biznesinin olması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Müğənni Teleqraf.com-a bildirib ki, restoranı yoxdur: “Öz şəxsi restoranım yoxdur. Sadəcə olaraq dostumun restoranında otururam və ola bilər ki, söz-söhbət bundan qaynaqlanır. Restoran ilə ortaqlıq da etmirəm. Bizneslə deyil, daha çox öz sənətimlə məşğulam. Şükür Allaha, hazırda elə bir zəmanədə yaşayırıq ki, hər kəsin yeməyə çörəyi də, biznesi də var”.
Yaradıcılıq planlarından danışan müğənni yeni mahnılar üzərində işlədiyini də qeyd etdi: “Hələ ki, konsert verməyi düşünmürəm. Ola bilsin ki, bölgələrimizin birində konsert proqramı ilə çıxış edim. İstirahətimi bölgələrimizdə etdik və yeni sezona yeni mahnılarla başlayacam. Yeni diskim işıq üzü görəcək və orada xalq və bəstəkar mahnıları yer alacaq. Yayla əlaqədar şou-biznesdə bir az durğunluq var idi. Amma düşünürəm ki, yeni sezonda yaxşı olacaq və efirə də çıxmağa başlayacağıq”.
Rəqsanə Həsənova