3 Sentyabr 2015 11:22
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Təhsil İdarəsi (BŞTİ) bildirir ki, 25000 kvadratmetr sahəsi olacaq 3000 şagird yerlik 20 nömrəli məktəb-lisey Bakı şəhərinin ən böyük ümumtəhsil müəssisələrindən biri olduğuna görə, müasir tələblərə uyğun 5 mərtəbədən ibarət yeni məktəb binasının inşa olunması nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bu barədə BŞTİ-dən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, indiyədək 20 saylı məktəb-liseyin tikintisi üçün müvafiq olaraq Prezidentin Ehtiyat Fondundan 15 milyon manat, Dövlət İnvestisiya Xərclərindən isə 2 milyon manat ayrılıb.

Bu günədək məktəbin bünövrə və zirzəmi hissəsinin tikintisi başa çatdırılıb. Hazırda yeni məktəb binasının layihəsində layihə şirkəti tərəfindən bəzi əlavə dəyişikliklər aparılır. Bu proses tamamlandıqdan sonra məktəbin tikinti işləri davam etdiriləcək.

20 saylı məktəb-liseyin 2830 şagirdi hazırda paytaxtın digər 2 məktəbində təhsillərini davam etdirirlər.

SEVİL


Müəllif: