31 May 2014 09:15
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın bəzi ümumtəhsil məktəblərində buraxılış günüdür. ANS PRESS-in məlumatına görə, Azərbaycanda tədris həftəsi 6 günlük olan orta məktəblərdə “Son zəng” bu gün çalınacaq.

Bu il ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, “Son zəng” tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün.

Nazirlikdən bildiriblər ki, “Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.

Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe olan ümumtəhsil məkətəblərini bu il 20 410 nəfər şagird bitirir.


Müəllif: