21 Sentyabr 2015 21:22
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan, rus, ingilis, alman və fransız dillərində sayt (www.dailykarabakh.com) hazırlayıb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, informasiya resursunun təqdimatı 22 sentyabr 2015-ci il, saat 12:00-da "Park İnn" hotelinin “Dan ulduzu” zalında təşkil olunacaq.

Tədbirdə millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və ictimai-siyasi xadimlər iştirak edəcəklər.


Müəllif: