22 Sentyabr 2015 13:47
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 2016-cı il üzrə büdcə zərfinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaçağı tarix məlum olub.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, büdcə zərfi oktyabrın 13-ü və 14-də Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Buna qədər isə büdcə zərfi parlamentin komitələrinin müzakirəsindən keçəcək.


Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir.


Müəllif: