4 Oktyabr 2015 00:44
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycanın Qəbələ rayonunda əvvəlki “Daryal” radiolokasiya stansiyasının yerində yeni “Voronej” tipli RLS tikməyəcək və ölkə hüdudlarından kənarda bu cür sistemlərin yaradılmasını məqsədəuyğun saymır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun qərargah rəisi general-mayor Anatoli Nesteçuk deyib.


“Hesab edirəm ki, Rusiyanın bu tip vasitələri Rusiya Federasiyası ərazisində yerləşməlidir və qarşılarına qoyulan vəzifələri tam zəmanətlə icra etməlidirlər”, deyə Nesteçuk “RSN” radiostansiyasının “Baş Qərargah” proqramında Qəbələdə əvvəlki “Daryal” radiolokasiya stansiyasının yerində yeni “Voronej” tipli RLS-in tikilib-tikilməyəcəyi ilə bağlı suala cavabında bildirib.


Nesteçuk hazırda ölkə hüdudlarından kənarda Qazaxıstanda “Dnepr” tipli RLS-in, Belarusda isə “Volqa” tipli RLS-in fəaliyyət göstərdiyini xatırladıb. “Lakin qeyd olunan strateji istiqamətlərdə Raket Hücumundan Xəbərdarlıq Sisteminin (RHXS) vəzifələrini icra etmək üçün bizim artıq bu ərazilərdəki stansiyaları əvəz edə biləcək vasitələrimiz var”, deyə Nesteçuk qeyd edib.


Müəllif:

Oxşar xəbərlər