12 Oktyabr 2015 14:32
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludluolacağı, arabir tutulacağı, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.


Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 17-19 dərəcə isti, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 13-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.


Müəllif:

Oxşar xəbərlər