13 Oktyabr 2015 12:22
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Parlament şeçkilərində qadınların elektoral aktivliyinin artırılması” layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində Qadın Seçki Forumu keçirilib.


Teleqraf.com-un xəbərinə görə, tədbiri giriş sözü ilə açan Qadınlar Sülh Uğrunda İB-nin sədri Sevda Məmmədli bildirib ki, layihənin məqsədi seçkilərdə qadınların fəallığını artırmaqdır: “Forum Salyan, Ağdam və Yevlaxda keçiriləcək. Istəyirik ki, qadın namizədlərimizin sayı çox olsun. Qadınlarımız öz səslərinin taleyini düşünsünlər. Çünki onların verəcəyi səslı qadın namizəd parlamentə seçilə bilər. Azərbaycan Şərqdə ilk dəfə qadınlara səs vermə hüququ tanıyan dövlətdir. Çox istərdik ki, bu seçkidə qadınlar əsasən, qadınlara dəstək olsunlar. Biz qadınlar bu kampaniyanı yaxşı apara bilsək, bacarıqlı qadınların millət vəkili seçilməsinə yardımçı olarıq".


Daha sonra AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda politologiya və siyasi sosiologiya problemləri şöbəsinin müdiri Rəna Mirzəzadə çıxış edərək bildirib ki, seçkilərdə qadınların namizəd olması böyük uğurdur:” Aazərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında qadınların rolu böyükdür. Müstəqilkikdən sonra qadınlar siyasətdə öz fikirlərini azad şəkildə bildirirlər. Seçkilərdə qadınları siyası fəaliyyətə cəlb edilməsi, parlament seçkilərində iştirak edən qadın namizədlərin bacarıqlarının artırılması vacibdir. Deputat qanunun yaradılmasına kömək edir. Qanunlarımızda boşluqlar çoxdur. Seçilən deputatların əsas hədəfi qanunlarda olan boşluğun həllinə çalışmaqdır. Unutmayaq ki, deputat xalqın səsidir".

Jurnalist İlhamiyyə Rza bildirib ki, qadının misiyası böyükdür: “Siyasətə qatılacağım barədə sosial şəbəkələrdə bildirəndə neqativ mesajlar aldım. Çunki siyasəti "çirkin oyun" adlandırırlar. Siyasətə qatıldınsa, sənin zəif cəhətlərini axtaracaqlar, çünki çoxlarının düşüncəsində qadın olmaq zəiflikdir.

Amma bu ilki seçkilərdə imza toplama prosesində qadınların fəallığını müşahidə etdim. Qadınlar fəaldır və bizim məqsədimiz də qadınların ictimai fəallığını daha da artırmaqdır”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər